525.Az

Konor Makqreqor karyerasını bitirdi


 

Konor Makqreqor karyerasını bitirdi<b style="color:red"></b>

İrlandiyalı qaydasız döyüşçü Konor Makqreqor karyerasını bitirdiyini elan edib.

Trend-in məlumatına görə, bu barədə idmançı “Twitter” səhifəsində yazıb.

UFC kateqoriyasında ən populyar idmançılardan hesab olunan K.Makqreqor karyerası ərzində 25 döyüş keçirib və onun 21-də qalib gəlib.

O, sonuncu döyüşünü ötən ilin oktyabrında rusiyalı idmançı Həbib Nurməhəmmədova qarşı keçirib və məğlub olub.

K.Makqreqor, eyni zamanda, iki çəki dərəcəsində çempion olmuş ilk döyüşçüdür.

 





26.03.2019    çap et  çap et