525.Az

Turizm sahəsində yeni qanun layihəsinin hazırlanacağı vaxt açıqlandı


 

Turizm sahəsində yeni qanun layihəsinin hazırlanacağı vaxt açıqlandı<b style="color:red"></b>

Azərbaycan Dövlət Turizm Agentliyi “Turizm haqqında” qanun layihəsinin hazırlanması üzərində işləyir.

Trend-in məlumatına görə, bunu Agentliyin Aparat rəhbəri Kənan Qasımov deyib.

O bildirib ki, sənəd turizm sahəsinin stimullaşdırılmasına, eləcə də inkişafına yönəlib:

“Hazırda sənəd hazırlanma mərhələsindədir, bu ilin sonunadək başa çatdırılması planlaşdırılır”.

K.Qasımov qeyd edib ki, hazırda Agentlik beynəlxalq təcrübədən yararlanmaqla bu istiqamətdə fəal işləyir.

 





27.03.2019    çap et  çap et