525.Az

“Yanardağ” qoruğunun rəhbəri dəyişdi


 

“Yanardağ” qoruğunun rəhbəri dəyişdi<b style="color:red"></b>

Dövlət Turizm Agentliyi yanında "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun direktoru Malik Fətullayev öz istəyi ilə vəzifəsindən azad edilib.

“Report”un əldə etdiyi məlumata görə, onu müvəqqəti olaraq bu il fevralın 1-dən qoruğun direktor müavini təyin edilmiş Ramin Cəfərov əvəz edir.

O, "Yanardağ"da vəzifəyə təyin olunmazdan əvvəl Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət departamentində çalışıb.

 





27.03.2019    çap et  çap et