525.Az

"Huawei" ilk "ağıllı" eynəyini təqdim etdi


 

"Huawei" ilk "ağıllı" eynəyini təqdim etdi<b style="color:red"></b>

Çinin “Huawei” şirkəti ilk “ağıllı” eynəyini təqdim edib.

Trend-in məlumatına görə, bu gözlüklər Cənubi Koreyanın “Gentle Monster” brendi ilə birgə istehsal olunub.

Eynək nəm və tozdan qorunması üçün IP67 standartı ilə təchiz edilib. Həmin gözlüklər USB portu və ya örtüyə quraşdırılmış batareya vasitəsilə enerji yığa bilər.

Məhsulun bu ilin iyun-iyul aylarında satışa çıxarılacağı gözlənilir. Eynəyin satış qiyməti hələ açıqlanmayıb.

 





28.03.2019    çap et  çap et