525.Az

Səfir: “ABŞ Azərbaycanın ÜTT-yə üzv olmasını tam şəkildə dəstəkləyir”


 

Səfir: “ABŞ Azərbaycanın ÜTT-yə üzv olmasını tam şəkildə dəstəkləyir”<b style="color:red"></b>

 ABŞ Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmasını tam şəkildə dəstəkləyir.

APA-nın məlumatına görə, bu barədə USAİD-in “Azərbaycanda Rəqabət və Ticarət” layihəsinin tamamlanması ilə bağlı keçirilən tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bildirib.
 
O, Azərbaycan hökumətinin ÜTT-yə üzv olmaq istiqamətində əldə etdiyi uğurları xüsusi qeyd edib: “Bu məqsədə nail olmaq üçün 30-dan çox qanunverici və inzibati prosedur layihələndirilib və təsdiqlənib”.
 
Azərbaycanın danışıqlarda göstərdiyi yeni enerjini dəstəklədiyi qeyd edən səfir ikitərəfli danışıqların yaxın zamanlarda bitməsinə ümid etdiyini vurğulayıb: “ÜTT-yə üzvlük qeyri-enerji sektorunun inkişafına çox böyük köməklik edər”.

 





19.09.2013    çap et  çap et