525.Az

Milli Konservatoriyada musiqişünas-alim Elmira Abbasovanın xatirəsi anıldı


 

Milli Konservatoriyada musiqişünas-alim Elmira Abbasovanın xatirəsi anıldı<b style="color:red"></b>

Azərbaycan Milli Konservatoriyasında (AMK) "Elm günü" münasibətilə görkəmli musiqişünas-alim, Əməkdar incəsənət xadimi, professor Elmira Abbasovanın xatirəsinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Konservatoriyadan bildirilib ki, "Elm, yaradıcılıq, axtarış və zəhmət" - E.Abbasovanın həyatını əks etdirən bu ifadə konfransın devizi olaraq qeyd olunub.

Konfransı AMK-nın elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova açaraq "Elm günü" münasibətilə konfrans iştirakçılarını təbrik edib və E.Abbasovanın yaradıcılıq yolundan söhbət açıb.

Konfransda Azərbaycan Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) elmi işlər üzrə prorektoru, professor Gülnaz Abdullazadə, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, E.Abbasovanın qızı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti Kamina Məmmədova və başqalarının məruzələri dinlənilib. Məruzəçilər professorun həyat və yaradıcılıq yolundan söhbət açıb, onunla bağlı xatirələrini bölüşüblər.

Tədbirdə AMK-nın müəllim və tələbə heyəti tərəfindən musiqi nömrələri də təqdim olunub.

 





29.03.2019    çap et  çap et