525.Az

Ermənistan Azərbaycanla müzakirəyə hazırdır


 

Ermənistan Azərbaycanla müzakirəyə hazırdır<b style="color:red"></b>

Ermənistan müdafiə nazirinin birinci müavini David Tonoyan Azərbaycanın əlində olan erməni hərbi əsri Akop İnciqulyanın məsələsini BMT-nin qaçqınların işləri üzrə ali komissarının Ermənistan ofisinin rəhbəri Kristof Birvirtlə müzakirə edib.

APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, D. Tonoyan bildirib ki, erməni tərəfi A. İnciqulyana qarşı cinayət təqibi həyata keçirməmək barədə daha əvvəl verdiyi vədə sadiqdir. K. Birvirt isə Ermənistanı tərəfinin bu mövqeyini ali komissarlığa çatdıracağını söyləyib. O, komissarlığın hər hansı şəxsə qaçqın statusu vermək barədə mandatının tam müstəqil, humanitar və qeyri-siyasi xarakterli olduğunu vurğulayıb.  
 
Görüşdə qeyd olunub ki, erməni tərəfi bu cür halları Azərbaycan tərəfi ilə beynəlxalq və digər formatlarda, vasitəçi olmadan, ikitərəfli səviyyədə müzakirə etməyə hazırdır.

 





20.09.2013    çap et  çap et