525.Az

“Rusiya ilə Azərbaycan enerji məsələsində razılaşdırılmış mövqe ortaya qoymalıdır”


 

“Rusiya ilə Azərbaycan enerji məsələsində razılaşdırılmış mövqe ortaya qoymalıdır”<b style="color:red"></b>

“Rusiya və Azərbaycan enerji sahəsində iki böyük oyunçu kimi razılaşdırılmış mövqe işləyib hazırlamalıdır. Rusiya rəqabəti də nəzərə alaraq bunu üçün lazımi addımları atacaq”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Federasiyasının baş naziri Dmitri Medvedev Asiya və Sakit okean ölkələri informasiya agentlikləri Baş Assambleyasının iştirakçıları ilə görüşündə deyib. O bildirib ki, Rusiya ilə Azərbaycan arasında çox yaxşı münasibətlər var: “Biz tərəfdaşıq, əməkdaşlığı bütün sahələr üzrə inkişaf etdiririk. Əlbəttə, enerji sahəsi də daxil olmaqla, ikitərəfli əməkdaşlığın prioritet istiqamətləri var, lakin təkcə bu deyil”.
 
D. Medvedev qeyd edib ki, Azərbaycan da Rusiya kimi enerji sahəsində böyük oyunçudur: “Mənə elə gəlir ki, biz bir sıra məsələlər üzrə razılaşdırılmış mövqe ortaya qoymalıyıq. Biz əlbəttə, hansısa məqamlar üzrə rəqib olacağıq, çünki beynəlxalq rəqabət ümumən normal haldır. Lakin aramızdakı xüsusi münasibətləri və mehriban əlaqələri, bir sıra iqtisadi vəzifələr üzrə razılaşdırılmış siyasət yürütməyin zəruriliyini nəzərə almaqla, mən hesab edirəm ki, biz razılığa gələ bilərik. Hər halda, Rusiya hökuməti bunun üçün bizdən asılı nə varsa edəcək, ümid edirəm ki, bizim azərbaycanlı tərəfdaşlarımız da bu mövqedən çıxış edəcək”. 

 





20.09.2013    çap et  çap et