525.Az

Abşeronda canavarlar 400-dən artıq heyvanı tələf edib


 

Abşeronda canavarlar 400-dən artıq heyvanı tələf edib<b style="color:red"></b>

Abşeronda canavar sürüsü 1 gecədə 407 baş xırdabuynuzlu heyvanı məhv edib.

ONA-nın xəbərinə görə, Abşeron rayonunda yerləşən "Xanqulu" qış otlaq sahəsindəki yataqlardan birinə canavar sürüsünün hücumu nəticəsində 407 baş qoyun-quzu tələf olub.

Fermer təsərrüfatının rəhbəri Seyran Kərimov bildirib ki, hücum 1 saat ərzində olub. Belə ki, gecə hər saatın tamamında çobanlar heyvanları yoxlayırlar.

Saat 2-də növbəti yoxlanış zamanı dəhşətli mənzərə ilə qarşılaşıblar. 400-dən çox qoyunun boğazı üzülmüş vəziyyətdə olub.

Təsərrüfat rəhbərinin bildirdiyinə görə, ona 60 min manatdan çox ziyan dəyib.

 





02.04.2019    çap et  çap et