525.Az

"Pereyra iddia edir" müzakirə ediləcək


 

"Pereyra iddia edir" müzakirə ediləcək<b style="color:red"></b> İtaliyalı yazıçı Antonio Tabukkini dünyada şöhrətləndirmiş, ona Avropa Ədəbiyyat Mükafatı (Aristeion) da daxil olmaqla dörd ədəbi mükafat qazandırmış və çağdaş İtaliya ədəbiyyatını qiymətli əsərlə zənginləşdirən “Pereyra iddia edir” romanı yazıçı Səməd Səfərovun tərcüməsində Qanun nəşriyyatı tərəfindən nəşr edilib.
 
525.az-ın məlumatına görə, əsərdə 1938-ci il Portuqaliyasında Lisabonda yaşayan yaşlı jurnalist Pereyranın ölkəsindəki faşist rejiminə müqavimət göstərən gənclərlə tanışlığından sonrakı ziddiyyət və həyəcan dolu həyatı anladılır. Romanda həqiqətin, prinsipiallığın hər şeydən üstünlüyünü, zülmə, ədalətsizliyə qarşı insanların etinasız qalmaması aşılanır.

Romanla maraqlanan ədəbiyyatsevərlər oktyabrın 21-də “Əli və Nino” kitab mağazasının Kitab Klubunda onun müzakirəsinə qatıla bilərlər.
 





10.10.2012    çap et  çap et