525.Az

Nurmaqomedov: “Makqreqor getməklə hədələyən qısqanc arvad kimidir”


 

Nurmaqomedov: “Makqreqor getməklə hədələyən qısqanc arvad kimidir”<b style="color:red"></b>

“İrlandiyalı döyüşçu Konor Makqreqorun əlbəyaxa döyüş növlərindən getməsi ilə bağlı nə düşünə bilərəm ki? Sabah yenə yazacaq ki, qayıdıram və bütün KİV ondan yazacaq”.

ONA-nın məlumatına görə, bunu UFC üzrə dünya çempionu Həbib Nurmaqomedov deyib.

Rusiyalı idmançı çempionluq kəməri uğrunda qalmaqallı döyüşdə məğlub etdiyi Konor Makqreqorun karyerasını başa vurmasına münasibət bildirib.
 
N. Nurmaqomedovun sözlərinə görə, əvvəllər də fikrini bir neçə dəfə dəyişmiş irlandiyalının növbəti geridönüşü rəsmiləşə bilər:

“O, bütün bunları elə buna görə fikirləşib. UFC ilə də razılaşa bilmədi. Konor istəyir ki, şirkət onsuz pul itirəcəyini hiss etsin. Bu, siyasətdir. Belə məqamları bilirəm. Onlarla danışıq aparmaq ağırdır. Çünki hiyləgərdirlər. Onların müxtəlif rəhbərləri var ki, məsələyə fərqli yanaşmaları ilə istədiklərinə nail olurlar. Makqreqorun gedişini elan etməsinin səbəbini başa düşürəm. Bu, bir şey ona kimi getməklə hədələyən qısqanc arvad kimidir”.

 





02.04.2019    çap et  çap et