525.Az

Qırğızıstanda “Azəri” komandası futzal turnirində çempion oldu - Foto


 

Qırğızıstanda “Azəri” komandası futzal turnirində çempion oldu -<b style="color:red"> Foto</b>

Martın 30-dan 31-dək Qırğızıstanın paytaxtı Bişkekin Kaba uulu Kojomkul adına idman sarayında diaspor təşkilatları arasında mini futbol turniri keçirilib.

Azərbaycanın Qırğızıstandakı Səfirliyindən verilən məlumata görə, Qırğızstan prezidenti Sooronbay Jeenbekovun dəstəyi ilə keçirilən yarış 2010-cu ildə bu ölkədə baş verən Aprel inqilabı qəhrəmanlarının xatirəsinə həsr olunub.

17 komandanın iştirak etdiyi turnirdə Azərbaycan diasporunu “Azəri” komandası təmsil edib.

“Azəri” İctimai Birliyinin eyniadlı komandası ukraynalıların “Bereginya” komandasını 1:0 hesabı ilə məğlub edərək finala yüksəlib. Turnirin final oyununda isə rəqib Qırğızıstanın Dunqan Assosiasiyasının “Aleks” komandası olub. “Azəri” bu rəqibini də 1:0 hesabı ilə məğlub edərək turnirin çempionu olub.

Komandamızın üzvlərinə kuboku, medalları, diplomları və pul mükafatını Qırğızıstanın Prezident Aparatının rəhbərinin birinci müavini Almaz Kenenbayev təqdim edib.

Qeyd edək ki, “Ən yaxşı oyunçu” nominasiyasına da “Azəri” komandasının təmsilçisi layiq görülüb.

C.ABASOV

 

 





03.04.2019    çap et  çap et