525.Az

Ramil Şeydayev Rusiya Premyer Liqasının – TOP-5-liyində


 

Ramil Şeydayev Rusiya Premyer Liqasının – <b style="color:red"> TOP-5-liyində</b>

Rusiya Premyer Liqasında mart ayının ən yaxşı oyunçusu müəyyənləşib.

Qol.az-ın xəbərinə görə, Premyer  Liqanın “Vkontakte” sosial şəbəkədəki rəsmi səhifəsində aparılan sorğunun nəticəsinə əsasən, “Zenit”in iranlı hücumçusu Sərdar Azmun 49.46 faizlə (20.834 səs) ən yaxşı oyunçu seçilib. Səsvermədə 5 futbolçunun adı yer alıb ki, onların sırasınsa milli komandamızın “Krılya Sovetov”da oynayan hücumçusu Ramil Şeydayev də daxil edilib. Ötən ay “Lokomotiv”, “Yenisey” və “Anji” ilə matçlarda ümumən 3 qol vuran Şeydayev martın TOP-5-liyində sonuncu yeri tutub – 2.37 faiz (999 səs).

Ümumilikdə sorğunun yekun nəticəsi aşağıdakı kimi olub:

1. Sərdar Azmun (“Zenit”) - 49.46 faiz

2. Fyodor Çalov (SSKA) -  35.12 faiz

3. Anton Mirançuk (“Lokomotiv”) – 6.53 faiz

4. Mario Fernandes (SSKA) – 6.52 faiz

5. Ramil Şeydayev (“Krılya Sovetov”) – 2.37 faiz

 

 





03.04.2019    çap et  çap et