525.Az

“Musiqimiz də yeməklərimiz kimi “dadlıdır...”


 

“Musiqimiz də yeməklərimiz kimi “dadlıdır...” <b style="color:red"></b>

Pərvinin həmsöhbəti Gəncə Dövlət Filarmoniyasının bədii rəhbəri, əməkdar artist Fikrət Verdiyevdir.  

 

Pərvin: Fikrət müəllim, bu il sizin üçün yubiley ilidir. Anadan olmağınızın 65, sənətə gəlməyinizin 45 ili tamam olur. Sizi bu münasibətlə təbrik edirəm. 45 il az vaxt deyil. Gəlin geriyə qayıdıb başlanğıcı yada salaq. Bildiyimə görə ailənizdə ilk musiqiçisiniz...

 

Fikrət Verdiyev: Təşəkkür edirəm. Əlbəttə, 45 il bir igidin ömrüdür. Sənətə marağımın yaranması, tara həvəsimin necə artması çox dəqiq yadımdadır. Ailəmdə musiqiçilər olmasa da, valideynlərim musiqiyə qulaq asmağı çox sevirdilər. O zaman atam plastinkalar alırdı. Mən lap kiçik yaşlarımdan milli musiqimizi dinləyirdim. Ailədə yeddi qardaş idik, amma bu sahəni yalnız mən seçdim. Görünür içimdə, ruhumda da musiqiyə ehtiyac var imiş. Yəni məni Gəncə şəhər 1 saylı musiqi məktəbinə, tar sinfinə getməyə həvəsləndirən təkcə evdəki ab-hava deyildi.

 

Pərvin: Bəziləri deyir ki, sənətkar olmaq üçün təhsilin o qədər əhəmiyyəti yoxdur. Yəqin sizin qarşınıza kafi qiymətlərlə dolu attestatı ilə fəxr edən sənətkarlar çıxıb...

 

Fikrət Verdiyev: (gülür) Əlbəttə. Hər kəsin bu məsələyə öz yanaşması ola bilər. Amma özümə gəldikdə deyə bilərəm ki, mənim sənətə bağlanmağımda təməl, başlanğıc yaxşı şagirdlik olub. Müəllimlərimin razılığını, təriflərini eşitdikcə bir az da həvəslənmişəm, daha çox çalışmışam. Gəncə orta ixtisas musiqi məktəbində təhsilimi başa vurduqdan sonra Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tar-dirijor, xalq ifaçısı fakültəsinə daxil olmuşam. Mənə belə gəlir ki, bu mənim ən böyük uğurlarımdan biridi. Çünki o zaman Konservatoriyada çox gözəl bir sənət mühiti var idi. Adil Gərayın sinfində təhsil aldığım illərdə tara birdəfəlik bağlandım.

 

Pərvin: Sonralar o sənət mühiti həm evinizdə yarandı, elə deyilmi? Xan Şuşinskinin qızı ilə evləndiniz. Əminəm ki, Xan Şuşinskinin ailəsinin üzvü olmağınız, onun söhbətlərini canlı dinləməyiniz xeyli təsir edib sizə...

 

Fikrət Verdiyev: Heç şübhəsiz ki, belədir. Xan əminin təsirini indi hiss edirəm. Məsələn, məndə istedadlı gəncləri tapmaq, üzə çıxarmaq istəyi çox güclüdür. İndi müəyyən hadisələri yadıma salıb anlayıram ki, bu xasiyyətimin formalaşmasında da Xan Şuşinskinin rolu var. Xatırlayıram, Əlibaba Məmmədov mənə Xan əmiylə bağlı xatirələrini danışırdı ki, hələ gənc ikən Filarmoniyaya gələndə onu işə götürməyiblər. Amma Xan əmi dəstək olub ki, götürsünlər, “Bizimlə işlədikcə öyrənər...” – deyib. Xan çox ağayana adam idi, gənclərə öz tövsiyələrini verir, öyrədirdi. İndi bir çox korifey sənətkarlarımız onun səsindən, sənətindən bəhrələndiklərini deyirlər. Xan əmi dərya idi. Təəssüf ki, indi onun yaşlı vaxtının lentlərinə qulaq asa bilirik. Onun gənc yaşlarında ifasının misli bərabəri olmayıb. O zaman texnika olmadığından onun səsyazmaları da çox azdır. Təsəvvür edin ki, Xan Şuşinskinin cəmisi 240 dəqiqə lent yazısı var. Bu da ailə üzvlərini, bizləri çox ağrıdır. Sualınıza bir daha qayıdıb deyərdim ki, Xan Şuşinskinin mənə, sənətimə təsiri danılmazdır.

 

Pərvin: Fikrət müəllim, bir müddət sənətdən , Gəncədən uzaqlaşmağınıza baxmayaraq, xalqımız sizi Gəncənin musiqi simvolu hesab edir. Bilirik ki, bu şəhərdə musiqinin inkişafı, sənətin qorunması üçün xeyli işlər görmüsünüz. Çətin bir dövrdə Göygöl ansamblını, Gəncə Filarmoniyasını yaratmışdınız. Adətən sənətkarlar dünya işlərinə biganə olurlar bir az. Sizdə bu həvəs, şövq, cəsarət hardan idi?

 

Fikrət Verdiyev: Doğrusu, bu barədə fikirləşməmişəm. Məncə, təşkilatçılıq, hansısa işə həvəslə, şövqlə yanaşmağın özü istedaddır, Allah vergisidir. Həm qədər şablon səslənsə , xalqıma, millətimə sevgi rol oynayıb. Düşünmüşəm ki, niyə mənim doğulduğum şəhərdə musiqi itib-batsın, niyə istedadlı adamlar üzə çıxmasınlar. Özü Gəncədə bir vaxtlar Filarmoniya olub. 1938-ci ildə yaradılıb, amma 1949-cu ildə bağlanıb. Fikrət Əmirov bədii rəhbər olmuşdu həmin Filarmoniyada. Maraqlıdır ki, o dövrdə Gəncə İcra Komitəsinin sədri erməni idi, həmin adam məsələ qaldırıb ki, müharibədən sonra camaatın acından öldüyü bir vaxtda Filarmoniyaya ehtiyac yoxdu... Bağlayıblar Filarmoniyanı. İstər sənətkar olsun, istər adi adam, belə faktlar hər kəsi isə eləməyə sövq edir. MənGöygölansamblını yaradanda 22 yaşım vardı. Baxdım ki, Gəncədə istedadlı musiqiçilər var, amma pərakəndə çalışırlar. Onları topladım bir yerə düz 8 il ictimai əsaslarla, məvacib almadan çalışdıq. 

 

Pərvin: Amma deyirlər, maddi stimul olmasa, işləmək çətin olur.

 

Fikrət Verdiyev: Təbii, çətin idi. Amma biz gənc idik çox həvəsliydik. Elə maraqlı proqramlar hazırlayırdıq ki, əyalətdən Bakıya dövlət konsertlərinə dəvət edirdilər bizi. Mərhum Heydər Əliyev hər dəfə razılığını bildirir, bəyənirdi proqramlarımızı. 1977-ci ildə isə bizim ansambla Dövlət statusu verdi. Xatırlayıram ki, onda bizim proqramı qəbul etmək üçün rəhmətlik Fikrət Əmirov Gəncəyə gəlmişdi. Mən Cahangir Cahangirov, Emin Sabitoğlu kimi sənətkarlarımızı Bakıdan dəvət edib gözəl proqram hazırlamışdım. Sonda Fikrət Əmirov səhnəyə çıxıb bağrına basdı məni. Dedi ki, bir vaxt mən belə başlamışam, sənə baxanda öz gəncliyimi gördüm...

 

Pərvin: Təkcə buna görə illərlə havayı işləməyinizə dəyərdi...

 

Fikrət Verdiyev: (gülür) Bəli. Ulu öndərin bizim kollektivi bəyənməsi, Dövlət statusu verməsi, Fikrət Əmirovun o cür etiraf etməsi mənim üçün ən böyük qazanc idi. 1990- ildə həmin ansamblın bazasında Gəncə Dövlət Filarmoniyasını yaratdım. Filarmoniyanın nəzdindəGöygölmahnı rəqs ansamblından başqa notlu xalq çalğı alətləri orkestri kamera orkestri yaratmışdıq.

 

Pərvin: Fikrət müəllim, bütün bunlar doğrudan da böyük zəhmət tələb edən tarixi işlərdir. Dediyiniz kimi təkcə musiqi istedadı yox, həm təşkil etmək, yaratmaq istedadınız var. Bəs fasilə verməyinizə səbəb idi? Yorğunluq deyildi ki?

 

Fikrət Verdiyev: Əsla! Sənətdən heç vaxt yorğunluq hiss etməmişəm. O zamanlar övladlarım universitetə girmişdilər. Onları başsız qoymaq istəmədim. Özüm köçdüm Bakıya. Amma orada da boş durmadım. 2001-ci ildə Dövlət Neft Şirkətinin Neft Emalı Zavodunun nəzdindəNeftçimahnı rəqs ansamblını yaratdım. Könül Xasıyeva, Aygün Bayramova, Rövşən Behcət, Samir Cəfərov, Feyruz Səxavət, Cabir Abdullayev, Teyyub Aslan kimi sənətçiləri bir yerə yığaraq zəngin repertuar yaratmışdıq. Yeni Azərbaycan Partiyasının 10 illiyi münasibətilə sarayda keçirilən konsert proqramında çox uğurla çıxış etmişdik. Yadımdadır ki, konsertin sonunda Ulu öndər səhnə arxasına keçib bizimlə görüşəndə ondan xahiş etdim ki, Samir Cəfərovu Moskvaya göndərək. Dərhal xahişimlə bağlı tapşırıqlar verdi. Samiri Rostropoviçin xanımı Qalina Vişnevskayanın vokal kursuna göndərdi.

 

Pərvin: İndi Samir Cəfərov Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının solistidir, Xalq artisti, prezident təqaüdçüsüdür. Koroğlunu oynayır. Yetirmənizin, özünüz Əməkdar artist ola-ola, Xalq artisti adı alması necə təsir etdi Sizə?

 

Fikrət Verdiyev: Vallah, çox gözəl təsir etdi. Elə bilirəm ki, mən qazanıram o uğurları. İnsan öz övladına paxıllıq etməz. Allaha şükür olsun ki, bu hiss məndən çox uzaqdı. Sağ olsun yetirmələrim unutmurlar. Samir zaman desəm, Gəncəyə gəlir, tədbirlərimizdə iştirak edir. Bir istedadlıtapanda”, yetişdirəndə, üzə çıxaranda elə bilirəm dünyalar mənimdi.

 

Pərvin: Maraqlıdır. Çoxlarına məlum olmayan duyğudan danışırsınız. Paxıllar zəmanəsində qəribə görünürsünüz bir az...

 

Fikrət Verdiyev: Düzdü! Bu mənim xəstəliyimdi bəlkə . Hələ gəncliyimdən belə olmuşam. Özünütərif kimi çıxmasın... Bunu Gəncədə hər kəs təsdiqləyə bilər. Hansısa bir kasıbın uşağının oxumağına, yaxud imkansız sənətçinin xaricdə hansısa konsertdə iştirakına kömək edirdimsə, çox xoşbəxt olurdum, zövq alırdım. Təbii əvvəllər maddi imkanlarım daha geniş idi bu cür işləri lap tez-tez edə bilirdim.

 

...İndi muğam oxuyan Anar Quliyevlə işləməyə başlamışam. Özü Ağcabədidəndir. Cəmisi 5-6 aydı məşğul oluram onunla. Bir ildən sonra bütün Azərbaycan tanıyacaq onu. Gəncəyə xaricdən qonaqlar gələndə Anar bir neçə dəfə onların qarşısında muğamlarımızdan ifa edib. Siz o insanların üzündəki ifadəni, Anarın səsinə heyranlıqlarını görsəydiniz... Çox sevinirəm ki, Anarıkəşf etmişəm”. Səmərqənddə hər il Muğam festivalları olur... Mən nazirimizə söz vermişəm ki, növbəti festifala Anarla getsəm, həmQran Prini, həm birinci yeri ölkəmizə gətirə bilərəm.

 

Pərvin: O qədər inamlısınız?

 

Fikrət Verdiyev: Yüz faiz inamlıyam. Çünki Anarın istedadını görürəm bu cür adamları yetişdirməyin yolunu bilirəm.

 

Pərvin: Şübhəsiz ki, istedadlı adamla işləmək, davranmaq bacarığı sizdə illərlə cilalanmış, formalaşmışdır...

 

Fikrət Verdiyev: Haqlısınız. Bu sarıdan bəxtim çox gətirib.

 

Uzun illər unudulmaz sənətkarlarla işləmişəm. Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Rübabə Muradova, Nəzakət Teymurova, Flora Kərimova, İlhamə Quliyeva, Nisə Qasımova, Səkinə İsmayılova, Kəmalə Rəhimli, Arif Babayev, İslam Rzayev, Canəli Əkbərov, Məmmədbağır Bağırzadə, Elmira Rəhimova, Baba Mahmudoğlu başqa tanınmış sənətçilərGöygöl çıxış ediblər. Zeynəb Xanlarova 1972-ci ildən etibarən bu ansamblın müşayiəti ilə konsertlər verib. Sonralar Zeynəb xanım öz orkestrini yaradıb məni ora konsertmeyster götürdü. Amma eyni zamanda daGöygölansamblında işləyirdim. Bəzən bayram konsertləri Bakıda Gəncədə üst-üstə düşürdü. Elə olub ki, bir gündə səhər burda məşq edib günorta təyyarə ilə Bakıya çatdırmışam özümü. Bayaq maddi stimuldan danışdıq. Mən o zamanlar heç pul barədə düşünmürdüm. Zövq alırdım bu cür yaşamaqdan.

 

Pərvin: Fikrət müəllim, adətən Gəncədə təşkil olunan tədbirlərin musiqi tərtibatı sizin üzərinizə düşür. Ümumiyyətlə, son vaxtlarda müşahidə etmisinizsə, xüsusən, xarici qonaqlar iştirak edən ziyafətlərdə milli musiqimiz, muğamlarımız ifa olunur. Bu da bəlkə həyatın dinamikliyinin artmasından irəli gəlir. Yəni yemək ziyafətləri ilə, konsertlər birləşdirilir... Mənə maraqlı olan budur ki, sizcə, klassik musiqi belə məclislərə dərəcədə uyğundur?

 

Fikrət Verdiyev: Bu çox maraqlı sualdır. Doğrusu, ilk dəfədir mənə belə sual verilir. Əlbəttə bəlkə klassik musiqimizi daha yaxşı dərk etmək, dərinliklərinə getmək üçün təkliyə, sakitliyə çəkilmək düzgün olar. Amma bunun özü bir təbliğat yoludur. Bu ənənə xarici ölkələrdə var. Ümumiyyətlə ziyafətlər üçün repertuar seçmək çox çətindir. Çünki gələn qonaqların hər birinin zövqünü düşünməlisən. Burada çox dəqiq, etik yanaşma olmalıdır. Öz musiqimizi təbliğ etdiyimiz kimi qonağımız olan xalqların da musiqilərindən səsləndirib sayğımızı göstərməliyik. O ki, qaldı milli musiqimizlə milli mətbəximizin vəhdətinə, mən qısa olaraq deyərdim ki, musiqimiz yeməklərimiz kimidadlıdır”.

 

Pərvin: Təşəkkür edirəm, Fikrət müəllim. Yaşı 65-ə çatan, 45 ildir sənətdə olan adamlar adətən keçmişdən danışmağı daha çox xoşlayarlar. Amma siz suallarıma o qədər şövqlə, həvəslə cavab verdiniz ki, istərdim, son olaraq gələcəkdən danışasınız, kimi planlarınız var?

 

Fikrət Verdiyev: Uzun fasilədən sonra yenidən Gəncə Dövlət Filarmoniyasının bədii rəhbəri vəzifəsinə qayıtmışam. İnanın 1969-cu ildəGöygölansamblını yaradanda hansı həvəslə işə başlamışdımsa, bu gün eyni ruhda, həvəsdəyəm. Tapdığım istedadları yetişdirmək, yeni istedadları kəşf eləmək istəyirəm. İndi yeni qayda çıxıb ki, yaşı 65-ə çatan adamları təqaüdə göndərirlər. Mən gözləyirəm. Əgər təqaüdə göndərilsəm, bir istəyim olacaq ki, övladım bildiyim Filarmoniyaya ömrümün sonuna kimi məvacibsiz, maaşsız xidmət edim, əlimdən gələn köməyi edim.

 

 





10.10.2012    çap et  çap et