525.Az

Azərbaycan Britaniya, Fransa, İran və Cənubi Koreyada turizm nümayəndəlikləri açacaq


 

Azərbaycan Britaniya, Fransa, İran və Cənubi Koreyada turizm nümayəndəlikləri açacaq<b style="color:red"></b>

Yaxın zamanda Böyük Britaniya, Fransa, İran və Cənubi Koreyada daimi turizm nümayəndəliyinin açılması planlaşdırılır.

Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Bakıda keçirilən 18-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2019” sərgisində çıxışı zamanı bildirib.

O bildirib ki , ötən bir il ərzində ölkənin turizm potensialının beynəlxalq auditoriyaya tanıdılması istiqamətində  bir sıra addımlar atılıb:

"Ötən ilin sonundan etibarən  Rusiyada, Birləşmiş Ərəb Əmirliklərində, Səudiyyə Ərəbistanda, Hindistanda, Çində, Almaniyada 6 daimi turizm nümayəndəliyi fəaliyyətdədir. 2018-ci ildən başlayaraq müxtəlif beynəlxalq sərgilərdə və tədbirlərdə təmsil olunuruq. Əlbəttə, bu proses daimi olaraq davam edəcək. Məqsəd  ölkənin turizm potensialı haqqında daha geniş auditoriyaya məlumat çatdırmaq, yeni hədəf bazarlardan daha çox turist cəlb etməkdir".

Sədr deyib ki, hesab edirik ki, ölkənin yeni turizm brendi ilə yanaşı aparılan marketinq tədbirləri öz bəhrəsini verəcək:

"Bunun üçün ilk növbədə əvvəlki illərdə görülən işlər yenidən nəzərdən keçirilərək sistemləşdirilir. Həmçinin biznes qurumları   və ictimai qurumlar arasında effektiv qarşılıqlı əlaqə yaradılması vacibdir".

 





04.04.2019    çap et  çap et