525.Az

Meksikada ölənlərin sayı 97-yə çatıb


 

Meksikada ölənlərin sayı 97-yə çatıb<b style="color:red"></b>

Meksikada qasırğaların səbəb olduğu daşğınlarda ölənlərin sayı 97-yə çatıb.

525.az-ın TRT-yə istinadən verdiyi məlumata görə, Meksika sahilləri nadir baş verən bir hadisə ilə eyni anda iki qasırğa ilə qarşı qarşıya qalıb.

Üç gün müddətində aramsız davam edən yağış nəticəsində geniş ərazi sahələri və yaşayış məntəqələri su altında qalıb.

Yağışların dayanmasından sonra sel fəlakətinin fəsadları ortaya çıxıb. Quru yolları, körpülər çöküb, 23 min evə ziyan dəyib.

Xüsusilə turizm mərkəzi Akapulkoda sel fəlakəti gündəlik həyatı iflic edib.

Su altında qalan hava limanında təyyarələr qalxa bilməyib.

60 min turist hərbi hava limanından çıxarılıb.

 





20.09.2013    çap et  çap et