525.Az

Kitabxanada Mehdi Hüseynin 110 illiyi silsilə tədbirlərlə qeyd edilir


 

Kitabxanada Mehdi Hüseynin 110 illiyi silsilə tədbirlərlə qeyd edilir<b style="color:red"></b>

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Xalq yazıçısı, dramaturq, ictimai xadim Mehdi Hüseynin anadan olmasının 110 illiyi münasibətilə tədbirlər planı hazırlayıb.

Kitabxanadan bildirilib ki, tədbirlər planına əsasən kitabxananın əməkdaşları görkəmli yazıçı-dramaturqun Fəxri xiyabandakı məzarını ziyarət ediblər.

Kitabxanada "Mehdi Hüseyn dramaturgiyası" adlı kitab sərgisi açılıb. Həmçinin, "Mehdi Hüseyn irsinin zənginliyi" mövzusunda söhbət-mühazirə təşkil edilib. Kitabxanaçı İradə Kərimova "Azərbaycan ədəbiyyatında dərin iz qoyan yazıçı-dramaturq" adlı mühazirəsində görkəmli ədibin həyat və yaradıcılığı barədə geniş məlumat verib.

Bakı Dövlət Universitetinin tələbələri də mövzu ətrafında çıxış ediblər.

 





04.04.2019    çap et  çap et