525.Az

Teatrların həftəsonu afişası...


 

Teatrların həftəsonu afişası...<b style="color:red"></b>

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının həftəsonu repertuarı zəngindir.

Sənət ocağı bu dəfə də maraqlı səhnə əsərləri ilə teatrsevərlərin görüşünə gələcək.

Teatrın səhnəsində aprelin 5-də Gürcüstan teatrının tamaşası olan "Medeya Evripidə qarşı" tamaşası təqdim ediləcək. Bundan başqa, tamaşaçılar aprelin 6-da "Ölülər", 7-də isə "Ah, bu uzun sevda yolu"na (Gün ərzində iki dəfə) baxa biləcəklər.

A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı da digər sənət ocaqları kimi həftəsonu maraqlı tamaşalarla balacaları sevindirəcək. Sənət ocağının yaradıcı heyəti bu həftə ikisi rus, ikisi isə Azərbaycan dilində olmaqla dörd səhnə əsəri ilə balaca tamaşaçılarının görüşünə gələcək. Belə ki, balacalar aprelin 5-də "Piter Pen", "Çipollino" (rus dilində), 6-da isə "Ələddin", Rus xalq nağılı "Durna balığı" (rus dilində) tamaşalarını izləyəcəklər. Həmçinin, tamaşaçılar aprelin 7-də "Qoğal"a (iki dəfə) baxa biləcəklər.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı həftəsonu üçün dörd səhnə əsəri hazırlayıb. Səhnə əsərləri klassik və çağdaş əsərlər əsasında hazırlanıb. Belə ki, aprelin 5-də "Yarımçıq qalmış...", 6-da isə "Balaca və damda yaşayan Karlson" və "Tanrıya on dörd məktub" tamaşaları göstəriləcək. Aprelin 7-də isə "Buratinonun macəraları" və "Tanrıya on dörd məktub" təqdim ediləcək.

Azərbaycan Dövlət Pantomima Teatrının səhnəsində həftəsonu iki tamaşa nümayiş ediləcək. Belə ki, tamaşaçılar aprelin 6-da "Qoca və Mələk", aprelin 7-də isə "Fəlakət və İnsan" (maarifləndirici uşaq tamaşası) tamaşalarına baxa biləcəklər.

 





04.04.2019    çap et  çap et