525.Az

Özbəkistanda “Məndə sığar iki cahan” adlı poeziya müsabiqəsinə start verildi


 

Özbəkistanda “Məndə sığar iki cahan” adlı poeziya müsabiqəsinə start verildi <b style="color:red"></b>

“Nəsimi ili” ilə əlaqədar Özbəkistanda “Məndə sığar iki cahan” adlı poeziya müsabiqəsinə start verilib.

ONA xəbər verir ki, bu barədə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Müsabiqəyə əsasən Azərbaycan və Özbəkistan ədəbiyyatının nümayəndələrinin Nəsimi yaradıcılığına həsr etdikləri yeni şeir və poemaları, habelə Nəsimi dəsti xəttinə, yaradıcılıq yoluna uyğun şeirlər toplanılacaq.
Əsərlər cari ilin aprelin 5-dən iyunun 30-dək [email protected] ünvanına göndərilməlidir. Müəllif pasportunun surəti (elektron formada) və müəllif haqqında qısa məlumat da tələb olunur.

Toplanan əsərlər sonda vahid bir nəşrdə cəm edilərək hər iki dilə tərcümə olunacaq, kitab halında yayımlanacaq. Müsabiqənin yekununda iki ölkədən ən dəyərli 2 əsərə (ümumilikdə 4 nəfər) Azərbaycan Mədəniyyət Mərkəzinin diplom və pul mükafatları təqdim ediləcək.

Yekunda Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitəti, ədəbiyyat sahəsində tanınmış “Kitab dünyası” qəzetinin təşkilati dəstəyi ilə Daşkənddə “Canımı qıldım fəda...” adlı təntənəli poeziya axşamının keçirilməsi nəzərdə tutulub.

 





04.04.2019    çap et  çap et