525.Az

Bakıda "Günahın o biri tərəfi" tamaşası göstəriləcək


 

Bakıda "Günahın o biri tərəfi" tamaşası göstəriləcək<b style="color:red"></b>

Aprelin 25-də Boris Eyfmanın Sankt-Peterburq Dövlət Akademik Balet Teatrı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində ilk dəfə özünün populyar "Günahın o biri tərəfi" adlı tamaşasını göstərəcək.

ONA-nın xəbərinə görə, tanınmış balet truppasının Bakıda qastrolları X beynəlxalq M.Rostropoviç festivalı çərçivəsində baş tutacaq.

B.Eyfmanın R.Vaqner, M.Musorqski və S.Raxmaninovun musiqisi əsasında səhnəyə qoyduğu "Günahın o biri tərəfi" baleti  M.Dostoyevskinin "Karamazov qardaşları" romanının xoreoqraf tərəfindən yeni versiyada səhnə həllidir.

Qeyd edək ki, tamaşanın ilk quruluşu 1995-ci ildə Eyfman tərəfindən həyata keçirilib.

 





04.04.2019    çap et  çap et