525.Az

Penitensiar Xidmət məhkumlar arasında baş verən insidentə aydınlıq gətirib


 

Penitensiar Xidmət məhkumlar arasında baş verən insidentə aydınlıq gətirib<b style="color:red"></b>

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti 2 saylı cəzaçəkmə müəssisəsində baş vermiş hadisə ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov ONA-ya açıqlamasında bildirib ki, sözügedən hadisə martın əvvəlində baş verib: "2 saylı cəzaçəkmə müəssisəsində 3 nəfər məhkum arasında məişət zəminində konflikt olub. Bundan sonra qanunvericiliyə uyğun olaraq hər 3 şəxs cərimə təcridxanasına keçirilib".

Qeyd edək ki, yayılan məlumata görə, 2 saylı cəzaçəkmə müəssisəsində 6 nəfər arasında əlbəyaxa dava düşüb.

 

 

 

 





05.04.2019    çap et  çap et