525.Az

Türkiyə Suriya ilə müharibə istəmir


 

Türkiyə Suriya ilə müharibə istəmir<b style="color:red"></b> Türkiyə Suriya ilə müharibə etmək istəmir. Trend-in "TRT" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Abdullah Gül bildirib.

Gülün sözlərinə görə, Türkiyənin əsas hədəfi öz sərhədlərini istənilən təcavüz hallarından qorumaqdır.
Prezident, o cümlədən əlavə edib ki, Suriya böhranının həll olunmaması ölkəyə radikal ekstrimist qruplaşmaların daxil olmasına səbəb olub.

Gül bildirib: "Ankara terror təhlükəsini gözəl anlayır və biz Suriyada istənilən terror fəaliyyətinə qarşı çıxırıq".
 





20.09.2013    çap et  çap et