525.Az

“Qarabağ” Messinin penaltisini qaytaran qapıçını göndərdi


 

“Qarabağ” Messinin penaltisini qaytaran qapıçını göndərdi<b style="color:red"></b>

“Qarabağ” bu gün bir futbolçusu ilə yollar ayrılıb.

Qol.az-ın klubu saytına istinadən yaydığı xəbərə görə, islandiyalı qapıçı Hannes Tor Halldorssonla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Mövsümün əvvəlində transfer olunan Hannes bu mövsüm 8 oyunda ( 4 Premyer Liqa, 4 avrokubok) meydanda olub. Klub qolkiperə göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, DÇ-2018-də Argentina ilə matçda Messinin penaltisini qaytarmaqla məşhurlaşan Halddorson "Qarabağ"a ötən ilin avqustunda böyük ümidlərlə transfer olunmuşdu. Amma o, Vaqner da Silva ilə rəqabəti uduzaraq əsas heyətdə yerini itirmişdi. Meydana az-az çıxması həm Haldorssonun özünün, həm də İslandiya millisinin məşqçi heyətinin narazılığına səbəb olmuşdu.

 





05.04.2019    çap et  çap et