525.Az

Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Nəsimiyə həsr olunmuş sərgi


 

Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Nəsimiyə həsr olunmuş sərgi <b style="color:red"></b>

Prezident İlham Əliyev böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq 2019-cu ili ölkəmizdə "Nəsimi ili" elan etmişdir. Bu münasibətlə ölkənin müxtəlif elmi qurumlarında, mədəniyyət mərkəzlərində, eləcə də AMEA-nın institut və təşkilatlarında Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş silsilə tədbirlər keçirilir, sərgilər təşkil olunur.

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində təşkil olunan sərgi də "Nəsimi ili" çərçivəsində nəzərdə tutulan tədbirlərdəndir.

Sərgidə İmadəddin Nəsimiyə həsr olunmuş, 20-si Azərbaycan, 20-si ingilis dilində olmaqla ümumilikdə 40 lövhə təqdim edilib.

Lövhələrdə Nəsiminin 3 dildə yazdığı əsərlərinə orta əsrlərdə çəkilmiş illüstrasiyalar, miniatürlər, eləcə də şairin əlyazmalarının surətləri nümayiş olunub.

Həmçinin, Ədəbiyyat Muzeyinin Nəsimiyə həsr olunmuş ekspozisiya zalından rəsmlər, böyük şairin 600 illik yubileyi münasibətilə hazırlanmış medalyonların əksi, onun Bakı şəhəri və muzeyin ekspozisiyasında olan heykəllərinin rəsmi, şeirlərindən parçalar, Nəsimi filmindən olan səhnələrə aid fotolar və s. təqdim olunub.

Sərgi çərçivəsində ziyarətçilər Nəsiminin Hələbdə yaşadığı evin divarındakı barelyefin rəsmi ilə də tanış olublar.

ŞAHANƏ

 





05.04.2019    çap et  çap et