525.Az

"Kardeş kalemler"in yeni sayı


 

"Kardeş kalemler"in yeni sayı <b style="color:red"></b>

Avrasiya Yazarlar Birliyinin nəşri olan "Kardeş kalemler" Aylıq Avrasiya Ədəbiyyatı Jurnalının 146-cı sayı çapdan çıxıb.

Bu nömrə Özbəkistandan Xasiyyət Rüstəmin tərcümeyi halı və şeirləri ilə başlayır. Şeirləri Türkiyə türkcəsinə Əlişir Tursunov çevirib. Bu bölmədə həmçinin, Şükür Halmirzəyevin "Könül" hekayəsi də yer alıb.

Qaqauziyanı jurnalda Tatyana Dragneva, Dağıstanı isə Rəsul Həmzətov öz şeirləri ilə təmsil ediblər. R.Həmzətovun şeirlərini Kanşaubiy Miziev tərcümə edib.

Türkiyəyə aid bölmə Yusif Can Ağdağın tərcümeyi-halı və şeirləri ilə başlayır. Bu bölmədə həmçinin, İsmayıl Dəlihəsənin "Şeir nədir?!" məqaləsi, Yaqub Öməroğlunun "Gecikən piknik" hekayəsi, Yasin Yavuzun kosovolu yazıçı Rəşid Hanadan müsahibəsi, Mətin Savaşın qırğız yazıçı Sultan Raevin "Dəlixana" romanı haqqında məqaləsi də yer alıb. Bölmənin böyük hissəsi Qırğızıstanın Xalq şairi Hocagəldi Gültəginə həsr olunub. Bu barədə ilk xəbər Xalq şairinin "Köklərdən qanadlara qədər" kitabının Ankara təqdimatından reportajdır. Reportajı Osman Çeviksoy, Naciyə Ata Ulduz, Cəmilə Xınacı və Kənan Çarboğanın H.Gültəginin yaradıcılığı və sözügedən kitabı haqqındakı məqalələri izləyir.

Jurnalın Qırğızıstan üçün ayrılmış bölməsində oxucular Kadirbek Segizbayulının ağır" (tərcümə: Ömər Bilgen), Sayın Omarın "Kalbit" (tərcümə: Moldaşeva Mədinə), Jazira Otızbayın "Xristian quş" hekayələrini və M.H.Qazaxqızının "Jadiy Şakenuli və qazaxların Türkiyəyə köçləri" adlı yazısını, Başqırdıstan bölməsində isə Larisa Abdullinanın "Mərcan köşk çayı" və Əzəmət Yuldaşbayevin "Xəyallandı bir insan" hekayələrini oxuya biləcəklər. Hekayələri Gülnarə Tavliyarova çevirib.

Dərgi Beynəlxalq Mahmud Kaşğarlı hekayə müsabiqəsinə yer ayırmağa davam edir. Bu sayda müsabiqəyə Şimali Kipr Türk Cümhuriyyətindən qatılan Tüge Dağaşanın "Öncəsiz" hekayəsi çap olunub.

"Kardeş kalemler"in Azərbaycana aid bölməsində Xalq şairi Xəlil Rza Ulutürk yad edilib. Beytullah Avcı ondan "Kəndli bir ozan Xəlil Rza Ulutürk" deyə bəhs edib.

Jurnal ənənəvi olaraq "Xəbər" bölməsi ilə tamamlanır.

Şahanə MÜŞFİQ

 





07.04.2019    çap et  çap et