525.Az

İki güləşçimiz erməni rəqiblərinə qalib gəldi - Avropa çempionatı


 

İki güləşçimiz erməni rəqiblərinə qalib gəldi - <b style="color:red">Avropa çempionatı</b>

Bu gün Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı start götürüb.

525.az xəbər verir ki, yarışın ilk günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə başlayıblar.

65 kiloda mübarizə aparan üçqat dünya, ikiqat Avropa çempionu Hacı Əliyev təsnifat mərhələsində əvvəlcə belaruslu Hüseyn Şaxbanovu, daha sonra - 1/8 finalda Ermənistan təmsilçisi Vazgen Tevanyanı məğlub edərək 1/4 finala yüksəlib. O, bu mərhələdə rusiyalı Naçin Kularla qarşılaşacaq.

70 kq.da yarışan Ağahüseyn Mustafayev isə təsnifat mərhələsində Məhəmmədrəsul Qazıməhəmmədovu (Rusiya) 5:3, 1/4 finalda David Safaryanı (Ermənistan) məğlub edərək yarımfinala yüksəlib.

 





08.04.2019    çap et  çap et