525.Az

Maqnus Karlsen "Shamkir Chess 2019"un qalibi oldu


 

Maqnus Karlsen "Shamkir Chess 2019"un qalibi oldu<b style="color:red"></b>

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2019" superturnirinin qalibi müəyyənləşib.

"Report"un məlumatına görə, hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen sona bir tur qalmış rəqibləri üçün əlçatmaz olub. O, VIII turda Rusiya təmsilçisi Sergey Karyakini məğlub edərək xallarının sayını 6-a yüksəldib. İkinci yerdəki Karyakin isə 4,5 xalda qalıb.

Teymur Rəcəbov isə cari turda Hindistan təmsilçisi Vişvanatan Anandla xalı yarı bölüb.

Turnirə aprelin 9-da yekun vurulacaq.

Qeyd edək ki, Maqnus Karlsen daha öncə 2014, 2015 və 2018-ci illərdə bu turnirin qalibi olub.

 





08.04.2019    çap et  çap et