525.Az

Bakıdakı “Nəsimi və özbək ədəbiyyatı” konfransı Özbəkistan mətbuatında


 

Bakıdakı “Nəsimi və özbək ədəbiyyatı” konfransı Özbəkistan mətbuatında <b style="color:red"></b>

Özbəkistanın kun.uz portalı Bakıda keçirilən “Nəsimi və özbək ədəbiyyatı” konfransı haqqında rus dilində material verib.

AzərTAc xəbər verir ki, konfrans böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunub.

Məqalə bu yaxınlarda Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə bir qrup özbək jurnalistin Azərbaycana mediaturu çərçivəsində hazırlanıb.

Materialda qeyd edilir ki, konfransda Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Nəsiminin özbək dilində çap olunan “Cananı sevərmən” adlı kitabının təqdimatı da olub.

Yazıda Azərbaycan alimlərinin İmadəddin Nəsiminin ədəbiyyatımızın inkişafındakı yeri və mövqeyi, şairin yaradıcılığında insan konsepsiyası barədə dəyərli fikirləri də yer alıb.

 





08.04.2019    çap et  çap et