525.Az

Şimşək çaxacaq, arabir yağış yağacaq


 

Şimşək çaxacaq, arabir yağış yağacaq<b style="color:red"></b>

Bakı və Abşeron yarımadasında sentyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 Axşam buludluluğun artacağı, bəzi yerlərdə yağış yağacağı ehtimal olunur.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən 525.az-a verilən məlumata görə, havanın temperaturu gecə 18-22, gündüz 24-28 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarında sentyabrın 22-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 17-22, gündüz 24-29, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
 

 





21.09.2013    çap et  çap et