525.Az

Cəbrayıl Həsənov Avropa çempionu oldu - final görüşünə çıxmadan


 

Cəbrayıl Həsənov Avropa çempionu oldu - <b style="color:red">final görüşünə çıxmadan</b>

Sərbəst güləşçimiz Cəbrayıl Həsənov Buxarestdə keçirilən Avropa çempionatının qalibi olub.

525.az-ın xəbərinə görə, o, vaxtından əvvəl – final matçına çıxmadan bu ada sahib olub. Məsələ burasındadır ki, 79 kq. çəkidə yarışan güləşçimiz finalda Əhməd Qazıməhəmmədovla (Rusiya) qarşılaşmalı idi.

Həkimlərin qərarına əsasən, Qazıməhəmmədov həlledici görüşə çıxmayacaq. Buna onun yarımfinalda zədələnməsi səbəb olub. Rusiya millisinin baş məşqçisi Dzambolat Tedeyev Rusiya Güləş Federasiyasının saytına açıqlamasında məlumatı təsdiqləyib. O qeyd edib ki, Qazıməhəmmədov bu gün səhər tibbi müayinədən keçib. Bundan sonra həkimlər onun final görüşünə çıxmağına icazə verməyiblər.

Beləliklə, Əhməd Qazıməhəmmədov finalda iştirak etməyəcəyi üçün yarışın gümüş, Cəbrayıl Həsənov isə qızıl medalına layiq görüləcək.

 





09.04.2019    çap et  çap et