525.Az

Almaniyada parlament seçkiləri keçirilir


 

Almaniyada parlament seçkiləri keçirilir<b style="color:red"></b>

Sentyabrın 22-də Almaniya Bundestaqına seçkilər keçirilir.

APA-nın məlumatına görə, seçki məntəqələri yerli vaxtla saat 8.00-da açılıb.

“Exit-poll”un nəticələri isə saat 18.00-da məntəqələrin bağlanmasından sonra açıqlanacaq.

Son sorğular hazırkı Kansler Angela Merkelin rəhbərlik etdiyi hakim koalisiya olan Xristian Demokrat İttifaqının qalib gələcəyini göstərir. Hakim koalisiyanı almanların 45 faizi dəstəkləyir. Qalib gələcəyi təqdirdə, Merkelin partiyası üçüncü dəfə Almaniyanı idarə edəcək.

Sosial-demokratlar, “Yaşıllar” və “Sollar”ın daxil olduğu hazırkı parlament müxalifəti cəmi 1 faiz geri qalır. Müxalifəti 44 faiz dəstək verir.

Seçkidə avronun əleyhinə çıxan “Almaniya üçün alternativ”, “Pirat partiya” və digər parlamentdən kənar qüvvələr də iştirak edir.

Bundestaqda cəmi 622 yer var. Almaniya qanunlarına görə, yenidən formalaşacaq parlament ölkənin faktiki liderini – kanslerini seçəcək.

 





22.09.2013    çap et  çap et