525.Az

Moskvada “Məkanın harmoniyası. Azərbaycanın ənənəvi incəsənəti” sərgisi açılacaq


 

Moskvada “Məkanın harmoniyası. Azərbaycanın ənənəvi incəsənəti” sərgisi açılacaq<b style="color:red"></b>

Bu gün Moskvada Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyində “Məkanın harmoniyası. Azərbaycanın ənənəvi incəsənəti” adlı sərgi açılacaq.

ONA xəbər verir ki, bu barədə Moskva meriyasının saytı məlumat yayıb.

Sərgidə Azərbaycan Xalça Muzeyi və Şərq Xalqları İncəsənəti Muzeyinin kolleksiyasından 100-dən artıq dekorativ-tətbiqi sənət nümunəsi nümayiş olunacaq.

Ekspozisiyada xalça və tikmələr, geyim, mis qablar, zərgərlik əşyaları təqdim ediləcək. Sərginin qonaqları muzeyin zəngin kolleksiyasından toy mərasimi ilə bağlı əşyalar, kəlağayının hazırlanmasında istifadə edilən atribut və alətlər, dini inanclarla bağlı namazlıq xalçalardan tutmuş ənənəvi əşyalarla da tanış ola biləcəklər.

Dövlət Şərq Xalqları İncəsənət Muzeyinin kolleksiyasından isə xüsusi zərgərlik əşyaları, incə ornamentlə bəzədilmiş mis səhənglər, camlar və məcməyilər nümayiş olunacaq. Həmçinin ziyarətçilər XIX əsrə məxsus “Bəhmanlı” Qarabağ xalçasını görə biləcəklər.

Sərgi mayın 12-dək davam edəcək.

 





10.04.2019    çap et  çap et