525.Az

Turqut Özalın vəsiyyəti 19 il sonra gerçəkləşdi


 

Turqut Özalın vəsiyyəti 19 il sonra gerçəkləşdi<b style="color:red"></b>

Türkiyənin səkkizinci prezidenti Turqut Özalın ötən həftə məzarının açılması nəticəsində onun ölümündən öncə verdiyi vəsiyyət yerinə yetirilib.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Turqut Özal ölümündən öncə məzarının üzərinə Nəqşibəndi həzrətlərinin türbəsindəki torpaqdan səpilməsini vəsiyyət edib:

“Ölsəm məzarıma Nəqşibəndi həzrətlərinin türbəsindəki torpaqdan səpin”.

Mərhum prezidentin bu arzusu dünən reallaşıb. 

Turqut Özalın oğlu Əhməd Özal Özbəkistanın Buxara şəhərində yerləşən Nəqşibəndi həzrətlərinin türbəsini ziyarət edərək atasının vəsiyyətinə əməl edib. Əhməd Özal türbədən götürdüyü torpağı atasının məzarı üzərinə səpib.
 
Əhməd Özal həkimlərin analizlərdən əldə etdiyi ilkin məlumatları da jurnalistlərlə bölüşüb:

“Həkimlər atamın beyni, daxili orqanları, hətta sümükləri və iliklərinin sağlam olduğunu, belə bir halla birinci dəfə qarşılaşdıqlarını deyib. Toxumalar əldə edildikdən sonra cəsəd qaralmağa və çürüməyə başlayıb. Mən inanıram ki, atama sui-qəsd edilib”.
 
Xatırladaq ki, Turqut Özalın ölümü ilə əlaqədar müxtəlif fikirlərin yayılması onun məzarının açılmasına səbəb olub.

 





10.10.2012    çap et  çap et