525.Az

Coğrafiya İnstitutu: "Bayıl sürüşmə sahəsində nisbətən fəallaşma var"


 

Coğrafiya İnstitutu: "Bayıl sürüşmə sahəsində nisbətən fəallaşma var"<b style="color:red"></b>

“Hazırda Bakıda ən təhlükəli sürüşmə zonası Badamdar qəsəbəsində Bayıl yamacıdır, orda nisbətən fəallaşma var”.

Bu barədə ONA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun Geomorfologoya və təbii risklər şöbəsinin aparıcı elmi işçisi Sitarə Tarixazər deyib.

O bildirib ki, Zığ massivində də 100-dən çox ev təhlükəli zonada yerləşir:

"Eyni zamanda, Ukrayna meydanı, Yeni Günəşlidə köhnə kərpic zavodunun arxası, bir də Masazır gölünün ətrafında nisbətən fəallaşma müşahidə olunur. Biz monitorinqlər keçiririk, sözümüzü deyirik, qalanı isə dövlət qurumlarından asılıdır”.

 





10.04.2019    çap et  çap et