525.Az

“Ustad”ın aprel sayı...


 

“Ustad”ın aprel sayı...<b style="color:red"></b>

“Hədəf” Nəşrlərinin təsis etdiyi “Ustad”ın 27-ci sayı nəşr olunub.

Redaksiya heyətindən verilən məlumata görə, ədəbiyyat və sənət dərgisi olan “Ustad”ın aprel ayına təsadüf edən bu sayında da müxtəlif sənət yazıları və ədəbi nümunələr yer alıb.

Dərgi Müşfiq Xanın “Meybaz” adlı hekayəsinin davamı ilə başlayır. Dürdanə Ramazanlının “Xilaskar”, Əfsanə Nəsirovanın “Gözəgörünməz qadın”, Şəfa Vəlinin “Ölü doğulan şeir”, Ceylan Mumoğlunun “Skrinşot”, Aysel Fərzəliyevanın “24 saat” hekayələri maraq doğuran mətnlər arasındadır.

Bundan başqa, jurnalda Ceylan Mumoğlunun tərcüməsində İvan Buninin “Yüngül nəfəs” hekayəsi, Xanım Anelanın tərcüməsində “Dünyanın ən qısa hekayələri” silsiləsi yer alıb.

Xanım Anelanın “Oxumaq – beynin inkişafıdır”, Xəyalə Muradın “Artur Konan Doyl və Spiritualizm”, Nicat Həşimzadənin “Musiqinin Üzeyiri, Hacıbəylinin Azərbaycanı”, Aybəniz Həsənovanın “Aleksandr Von Humboldt ilə təbiəti yenidən kəşf etmək” araşdırma yazıları dərginin əsas hissəsini təşkil edir.

Kino və sənət haqqında yazılardan Nuranə Abbasovanın “Faciəyə qarışmış sevgi hekayəsi – Titanik” məqaləsi, Xanəmir Telmanoğlunun “Maleviçin “Qara kvadrat”ı və yaxud başqa qara dairə” essesi və Xavər Zahirdən “Bauhaus: Dizayndakı inqilabın 100 ili” araşdırması dərgidə yer alıb.

“Təsadüfən hansımızsa Oskar ala bilərik, amma davamlı olmayacaq” deyən rejissor Şamil Əliyevlə Cavid Qədir söhbətləşib.

Poeziya bölməsində Ələsgər Əhmədin silsilə şeirləri çap olunub.

CAVİD

 





10.04.2019    çap et  çap et