525.Az

"Formula 1" zamanı Bakıda çıxış edəcək ikinci ulduz müğənni bəlli oldu


 

"Formula 1" zamanı Bakıda çıxış edəcək ikinci ulduz müğənni bəlli oldu <b style="color:red"></b>

"Formula 1" üzrə Azərbaycan Qran Prisi çərçivəsində konsert proqramı ilə çıxış edəcək ikinci və son ulduz qonaq bəlli olub.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən "Report"a verilən məlumata görə, bu, Cardi B ləqəbli Belkalis Almanzardır.

ABŞ-dan olan müğənni 28 apreldə Bakı Kristal Zalında səhnə alacaq.

Qeyd edək ki, "Formula 1" zamanı Bakıda çıxış edəcək ilk ulduz Sem Smitdir. Britaniyalı müğənninin konserti aprelin 27-də olacaq.

 





11.04.2019    çap et  çap et