525.Az

Paşinyanın yaxın silahdaşı Putini qətliamda ittiham etdi


 

ANDRANİK KÖÇƏRYAN: “27 OKTYABR CİNAYƏTİNİ VLADİMİR PUTİNİN TAPŞIRIĞI İLƏ RUSİYA XÜSUSİ XİDMƏT ORQANLARI TÖRƏDİB”

Paşinyanın yaxın silahdaşı Putini qətliamda ittiham etdi<b style="color:red"></b>

“Ermənistanın hakim partiyasının üzvü, baş nazir Nikol Paşinyanın yaxın silahdaşı, parlamentin müdafiə və təhlükəsizlik məsələləri komitəsinin sədri Andranik Köçəryanın “27 oktyabr cinayəti açılıb. Sifarişçilər məlumdur. Bu cinayəti Vladimir Putinin tapşırığı ilə Rusiya xüsusi xidmət orqanları törədib” açıqlaması əsl sensasiyadır”.

Bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Ermənistanın hakim partiyasının deputatının ittihamı ciddidir:

“Söhbət Ermənistan parlamentinin 1999-cu ildə gülləbaran olunmasından gedir. Silahlı hücum nəticəsində spiker Karen Dəmirçiyan, baş nazir Vazgen Sarkisyan, spikerin müavinləri Yuri Baxşyan və Ruben Miroyan, operativ məsələlər üzrə nazir Leonard Petrosyan, deputatlar Armenak Armenakyan, Henrix Abramyan və Mikael Kotanyan qətlə yetiriliblər”.

E.Şahinoğlu hesab edir ki, Ermənistanın hakim partiyasının deputatının Putinin əleyhinə açıqlaması Moskvada ciddi rezonans doğurmalıdır:
 
“Çünki bu açıqlama Ermənistanın hansısa müxalifət partiyasının nümayəndəsindən deyil, hakim partiyasının deputatının dilindən səsləndirilib. Bu isə o deməkdir ki, hakim partiyada da Putinə qarşı eyni əhval-ruhiyyə var. Moskvadan bu açıqlamaya görə təzyiq olsa, Ermənistanın baş naziri Nikol Paşinyan ya deyəcək ki, bu onun və partiyasının mövqeyi deyil, lap böyük təzyiq olacağı halda isə bəlkə də açıqlamanı səsləndirən deputatı partiyasından və ya komitə rəhbərliyindən xaric edəcək”.

C.ABASOV

 





11.04.2019    çap et  çap et