525.Az

XİN Yaqlandın fikirlərini şərh etdi


 

XİN Yaqlandın fikirlərini şərh etdi<b style="color:red"></b>

Azərbaycan Xarici İşlər Nazirliyiniun mətbuat katibi Leyla Abdullayeva Avropa Şurasının Baş katibinin Strasburqda Ermənistan Baş naziri ilə görüşdən sonra mətbuata verdiyi açıqlamasında Avropa Şurasının insan hüquqları üzrə Komissarına Dağlıq Qarabağa səfər hüququnun verilməsinin vacibliyi ilə bağlı fikirlərinə münasibıt bildirib.

L. Abdullayeva ONA-ya açıqlamasında bildirib ki, bu barədə Ermənistan KİV-də yayılmış məsələ nəzərdən keçirilib:

"Avropa Şurasının Baş katibi T.Yaqland üzv ölkələrə “boz ərazilərə”, o cümlədən Dağlıq Qarabağa səfərlərlə bağlı siyasi qərarın qəbul edilməsini təklif edib.

Azərbaycanın sözügedən məsələ ilə bağlı mövqeyi aydındır və dəfələrlə müvafiq beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurasının diqqətinə çatdırılıb. Bu və ya digər şəxsi, o cümlədən beynəlxalq təşkilatın nümayəndəsini və ya əcnəbi dövlətin vətəndaşını beynəlxalq tanınmış sərhədləri çərçivəsində və yerli qanunvericiliyə uyğun olaraq öz ərazisinə buraxmaq hüququ suveren dövlətə aiddir".

 





11.04.2019    çap et  çap et