525.Az

Anar son günlər haqqında yazılan atmacalara cavab verdi - ANONS


 

YAZININ TAM VERSİYASINI "525-ci QƏZET"İN SABAHKI, 12 APREL SAYINDA OXUYA BİLƏRSİNİZ

Anar son günlər haqqında yazılan atmacalara cavab verdi - <b style="color:red">ANONS </b>

"Bədxahlarım bir gün yazsalar ki, "Anarın əsl adı Ambarsumdur" təəccüblənmərəm".

***

"Mən Buynuz meşələrində ayılardan, bir də şərə düşməkdən başqa heç nədən qorxmuram".

***

"Gənc yazıçı Ömər Xəyyam Buynuzda Musayla görüşüb. Musa Anardan narazılıq etməyib, "ümumiyyətlə, o bəyanatı adımdan yazıblar" - deyib".

***

"Ayıbdır ki, vaxtilə bir uğurlu şeir yazmış gənc atası yerində adamlara bu tonda öyüd-nəsihət verir. Tanrı kimisə bağışlamalı olsa, birinci növbədə belə başından böyük danışanların günahından keçməlidir".

***

"Mənim iştirak etdiyim görüşdə Mirzə Cəlil Məmmədquluzadənin və H.Z.Tağıyevin heykəllərinin qoyulması təklif olundu və məncə, o iclasda nə Tağıyevin, nə Mirzə Cəlilin oğulları iştirak edirdi..."

***

"Ümumiyyətlə, son vaxtlar bədbəxt Mirzə Cəlilin bostanına daş atanlar çoxalıb. Sağlığından, yaşadığı dövrdən bu günə qədər qaragüruh kişinin yaxasından əl çəkmir ki, çəkmir... Bu, Qaranlığın İşıqdan qisas almasıdır. Cəhalətin açıq şüura meydan oxumasıdır. Molla İbrahim Xəlillərin, Dərviş Məstəli Şahların, Şeyx Nəsrullahların xortdayıb qayıtmalarıdır. Mizə Cəlil rəhmətlik demişkən "bəlkə də qaytardılar" cəhaləti, avamlığı, xurafatı..."

***

"Mənə ünvanladığı "açıq məktub"da yazır ki, Yazıçılar Birliyi Mətbuat xidmətinin məlumatını oxuyanda gülümsəyib, daha əvvəl yazmışdı ki, bu mətni oxuyanda əti tökülüb. Aydın olmur, əti töküldüyü üçün gülümsəyib, ya gülümsədiyi üçün əti tökülüb. Yaxşı, bu Şəhriyarın dediyi kimi Okey".

***

"Amma çox, çox üzr istəyirəm, trendlər də, brendlər də dəyişə bilər, amma əxlaq ölçüləri, böyük-kiçik münasibətləri, mərifət, qanacaq və etika qaydaları, məncə, fəsildən-fəsilə dəyişməməlidir".

***

"Bu yerdə bir başqa "anarşünas" da yadıma düşdü. Nədən yazır-yazsın, mütləq mənim barəmdə səfeh bir söz deməlidir. Yazıdan-yazıya ən çox təkrar etdiyi cümlə isə "Tələsmə Zaur"dur. Gör bu yazığa həmin sözlər necə dərin təsir bağışlayıb ki, ömrü boyu unuda bilmir. Nə isə..."

YAZININ TAM VERSİYASINI "525-ci QƏZET"İN SABAHKI, 12 APREL SAYINDA OXUYA BİLƏRSİNİZ

 





11.04.2019    çap et  çap et