525.Az

Quba-Xınalıq yolunda hərəkət bərpa olundu - Yenilənib


 

Quba-Xınalıq yolunda hərəkət bərpa olundu - <b style="color:red">Yenilənib </b>

Quba-Xınalıq avtomobil yolunun 36-cı km-də dağdan sürüşərək yolun hərəkət hissəsini bağlayan iri qaya parçaları yoldan götürülüb.

ONA-nın şimal bürosunun verdiyi məlumata görə, əraziyə cəlb olunan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) texnikasının və canlı qüvvəsinin yardımı ilə yolda hərəkət bərpa olunub.

Qeyd edək ki, Quba-Xınalıq yolunda hərəkət günorta saatlarında qaya parçalarının yola düşməsi nəticəsində bağlanmışdı. 
 

*** 16:27

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) ONA-ya verilən məlumata görə, bu saatlarda Quba-Xınalıq avtomobil yolunun 36-cı km-də dağdan sürüşən iri qaya parçaları yolun hərəkət hissəsini bağlayıb.

Dərhal hadisə yerinə AAYDA-nin əməkdaşları və xüsusi texnika cəlb edilib. Lakin dağ yamacından qaya parçalarının aşağıya doğru hərəkət etməsi davam etdiyi üçün əraziyə yaxınlaşmaq mümkün olmur.

Sözügedən ərazidə sürüşmə sabitləşən kimi yolun hərəkət hissəsinin qaya parçalarından təmizlənməsi işlərinə başlanılacaq.

 





11.04.2019    çap et  çap et