525.Az

Hikmət Hacıyev: "Azərbaycan "Bir kəmər, bir yol" təşəbbüsünü tam dəstəkləyir"


 

Hikmət Hacıyev: "Azərbaycan "Bir kəmər, bir yol" təşəbbüsünü tam dəstəkləyir"<b style="color:red"></b>

Çinlə Azərbaycan arasında yüksək səviyyəli siyasi dialoq, o cümlədən, iqtisadiyyat, ticarət, enerji, təhsil və humanitar sahələrdə əlaqələr inkişaf edir.

ONA-nın məlumatına görə, bu sözləri Çində səfərdə olan Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev “ChinaDaily” nəşrinə müsahibəsində deyib.

O bildirib ki, Çinin prezidenti Si Tsinpin tərəfindən 2013-cü ildə irəli sürülən və qədim İpək Yolunun bərpası ilə bağlı “Bir kəmər, bir yol” layihəsi bütün dünyanın mənafeyinə və bütün ölkələrin inkişafına xidmət edir:

“Bu təşəbbüs qarşılıqlı əhəmiyyət kəsb edən əməkdaşlıq üçün şərait yaradır. Çin və Azərbaycanı bir-birinə daha da yaxınlaşdırmaq üçün imkanlar açacaq bu təşəbbüs Azərbaycan tərəfdən tam olaraq dəstəklənir. Biz bu ayın sonunda keçiriləcək II Beynəlxalq Əməkdaşlıq Naminə “Bir kəmər, bir yol” Forumunu səbirsizliklə gözləyirik və Azərbaycan bu yüksək səviyyəli tədbirdə aktiv şəkildə iştirak edəcək”.

Hikmət Hacıyev deyib ki, Azərbaycan əlverişli siyasi və coğrafi  mövqeyə malik olduğundan ölkə “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Avropa ilə Asiyanı birləşdirəcək nəqliyyat habına çevrilmək niyyətindədir. Bu məqsədlə Azərbaycan dəniz limanları, hava limanları, dəmiryol  və avtomobil yollar daxil olmaqla nəqliyyat şəbəkəsi yaradıb.

 





12.04.2019    çap et  çap et