525.Az

TAP-ın tikintisi çərçivəsində Albaniyada borudüzmə işləri yekunlaşmaq üzrədir


 

TAP-ın tikintisi çərçivəsində Albaniyada borudüzmə işləri yekunlaşmaq üzrədir<b style="color:red"></b>

Albaniyada Trans-Adriatik qaz kəmərinin (TAP) inşası çərçivəsində borudüzmə işlərinin 98%-i artıq yekunlaşdırılıb.

ONA-nın TAP konsorsiumuna istinadən verdiyi məlumata görə, ilk borular Albaniyaya 2016-cı ilin aprelində gətirilib. Üç ildən sonra boruların 98%-i torpaq altına düzülüb.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.
Azərbaycan qazının Avropaya 2020-ci ildə çatdırılacağı nəzərdə tutulur.

 





12.04.2019    çap et  çap et