525.Az

Ramiz Alıyev: “Azərbaycan insan alveri ilə mübarizədə qətiyyətli addımlar atır”


 

Ramiz Alıyev: “Azərbaycan insan alveri ilə mübarizədə qətiyyətli addımlar atır”<b style="color:red"></b>

Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi Siyəzən şəhər inteqrasiya təlimli internat tipli gimnaziyada “İnsan alverinin mahiyyəti, formaları, doğurduğu təhlükələr və onunla mübarizə” mövzusunda tədbir keçirib.
 
Tədbirdə DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, polis mayoru Elşən Həşimov, İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının rəhbəri Ramiz Alıyev və gimnaziyanın direktoru Əminə Musayeva iştirak ediblər.

Natiqlər internat məktəbinin müəllim və şagirdlərinə sözügedən cinayət növü ilə mübarizə üsulları haqqında danışıblar.

Tədbiri giriş sözü ilə açan Ə.Musayeva rəhbərlik etdiyi internat məktəbində müəllim-şagird münasibətləri, dövlətin təhsilə diqqət və qayğısından söz açıb.

E.Həşimov baş idarənin fəaliyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verib, insan alveri ilə məşğul olan cinayətkarlara qarşı ciddi mübarizə tədbirləri həyata keçirildiyini bildirib.

R.Alıyev isə İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorunun fəaliyyəti haqqında məlumat verib: “Hər il İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator Milli Məclisdə hesabat ilə çıxış edir və mütamadi olaraq bu sahədə fəaliyyət göstərən vətandaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirir”.

QHT sədri qeyd edib ki, bu cinayət növünə qarşı aparılan mübarizə öz nəticələrini verir. O, Azərbaycan dövlətinin insan alverinə qarşı mübarizədə qətiyyətli addımlar atdığını vurğulayıb.

Sonda Daxili İşlər Nazirliyinin sifarişi ilə məcburi əmək mövzusunda çəkilən film nümayiş olunub, tədbir iştirakçılarının sualları cavablandırılıb. 

C.ABASOV

 





12.04.2019    çap et  çap et