525.Az

Ələmdar Cabbarlı İzmirdə Aşıq Şəmşir yaradıcılığı haqda məruzə edib


 

Ələmdar Cabbarlı İzmirdə Aşıq Şəmşir yaradıcılığı haqda məruzə edib<b style="color:red"></b>

Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Ələmdar Cabbarlı Türkiyədə keçirilən ERASMUS Beynəlxalq Akademik Araşdırmalar Simpoziumunda iştirak edib.

6-7 aprel tarixlərində İzmir şəhərində düzənlənən tədbirdə 30-a yaxın ölkənin 80-dən çox universitetindən 400 nəfərə yaxın araşdırmaçı qatılıb.

Beynəlxalq Simpoziumda ölkəmizi təmsil edən Ələmdar Cabbarlı "Ünlü Azərbaycan ozanı Dədə Şəmşirin yaradıcılığında türk dastançılıq ənənələri" mövzusunda məruzə ilə çıxış edib.

Eyni zamanda, Ələmdar Cabbarlı Simpoziumun İdarə Heyəti tərəfindən Filologiya Bölməsinin sədri (Oturum başkanı) seçilib və həmin bölmənin iclaslarına sədrlik edib.

 

 





12.04.2019    çap et  çap et