525.Az

Qara Qarayevin seçilmiş əsərləri Almaniyada işıq üzü görüb


 

Qara Qarayevin seçilmiş əsərləri Almaniyada işıq üzü görüb<b style="color:red"></b>

Ölkə başçısının görkəmli bəstəkar Qara Qarayevin 100 illiyi ilə bağlı müvafiq Sərəncamının icrası ilə əlaqədar Mədəniyyət Nazirliyinin dəstəyi və Avropa Mədəniyyətlərarası Əməkdaşlıq Forumunun təşkilatçılığı ilə "Qara Qarayev - Seçilmiş fortepiano əsərləri" kitabı Almaniyada "Bellmann" musiqi nəşriyyatı tərəfindən çap olunub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, alman dilində şərhlərlə nəşr edilən kitaba, həmçinin Azərbaycanın Əməkdar artisti Elnarə İsmayılovanın ifasında Qara Qarayevin fortepiano əsərlərindən ibarət audiodisk də daxil edilib.

Kitab Almaniyada Azərbaycan musiqisinin geniş təbliği, avropalı gənclərə musiqimizin parlaq simalarını tanıtmaq məqsədilə hazırlanıb.

 





12.04.2019    çap et  çap et