525.Az

Temperatur yüksələcək


 

Temperatur yüksələcək<b style="color:red"></b> Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sentyabrın 24-nə gözlənilən hava proqnozunu açıqlayıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin Lent.az-a verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 23-dən 25-nə keçən gecə bəzi yerlərdə qısa müddətli yağış yağacağı, səhər kəsiləcəyi, gün ərzində dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Cənub-qərb küləyi əsəcək. Havanın temperaturun gecə 17-20 dərəcə,  gündüz 23-28 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarına gəlincə, sentyabrın 23-dən 24-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək. Aran rayonlarında gecə 15-19 dərəcə, gündüz 24-29 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə, gündüz 13-18 dərəcə isti olacaq. 
 
Ayın 24-də Abşeron yarımadasında atmosfer təzyiqinin normadan aşağı olması, arabir güclənən gilavar küləyi meteohəssas insanlarda diskomfort hissi yarada bilər. Sentyabrın 25-də isə meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.
 
Ölkə ərazisində qeyri-sabit hava şəraiti bu gün müşahidə olunacaq. Sabahdan temperatur bir qədlər yüksələcək.
 





23.09.2013    çap et  çap et