525.Az

Kitabxanada Teymur Elçinin 95 illiyi münasibətilə tədbir


 

Kitabxanada Teymur Elçinin 95 illiyi münasibətilə tədbir <b style="color:red"></b>

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon Mərkəzi Kitabxana Sisteminin Mərkəzi Kitabxanası görkəmli uşaq şairi, publisist Teymur Elçinin anadan olmasının 95 illiyi münasibətilə tədbir keçirib.

Baş İdarədən bildirilib ki, tədbirdə 215 nömrəli körpələr evi-uşaq bağçasında tərbiyə alan azyaşlılar da iştirak edib.

Kitabxananın uşaq şöbəsinin müdiri Səidə Sərdarova iştirakçıları "Nağıl otağı", "Teymur Elçin - 95" adlı kitab sərgisi ilə tanış edib.

Sonra azyaşlı oxuculara Teymur Elçinin "Balaca Günayın kitabı" adlı şeirindən parçalar oxunub və müəllifin "Mən də, mən də", "Sərçə", "Can nənə", "Gözəl Vətən", "Siçan balası", "Keçim", "Qaranquş" şeirləri səsləndirilib, kiçik səhnəciklər təqdim edilib.

Uşaqlar arasında "Tap tapmaca" oyunu keçirilib, "Qaranquş", "Sərçə" və "Gözəl vətən" mahnıları səsləndirilib.

Tədbir zamanı informasiya-resurs şöbəsinin təşkil etdiyi "Cizgi saatı"nda azyaşlı iştirakçılar Teymur Elçinin ssenari müəllifi olduğu "Qara leylək" cizgi filminə, "Leylanın dostları" filmindən "Mən kiməm" mahnısına və kitabxanadan bəhs edən "Balaca ev" animasiya filminə tamaşa ediblər.

Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd oxucuları Teymur Elçin yaradıcılığı ilə yaxından tanış etmək, uşaqları kitabxanalara cəlb etmək və onlara mütaliə vərdişlərini aşılamaqdır.

ŞAHANƏ

 





12.04.2019    çap et  çap et