525.Az

Argentinanın yeni səfiri Tərcümə Mərkəzində


 

Argentinanın yeni səfiri Tərcümə Mərkəzində <b style="color:red"></b>

Argentinanın Azərbaycandakı yeni səfiri Sergio Perez Gunella, mədəniyyət məsələləri üzrə katibi Eduardo Raul Azərbaycan Dövlət Tərcümə Mərkəzində olublar. 

Görüş zamanı Azərbaycan–Argentina ədəbi əlaqələri istiqamətində ərsəyə gətirilmiş nəşr layihələrindən, səfirliyin müraciəti ilə Mərkəz tərəfindən Azərbaycan dilinə tərcümə və nəşr edilmiş “Morelin ixtirası” (Adolf Bio Kasares), “Dailan Kifki” (Mariya Elena Uolş), “Bir damcı bəxt” (Klaudia Pineiro) kitablarından söz açılıb, Argentina ədəbiyyatının Azərbaycan oxucusuna, Azərbaycan ədəbiyyatının Latın Amerikası ölkələrinə tanıdılması istiqamətində həyata keçirilməsi nəzərdə tutulan perspektiv tədbirlər və nəşr layihələri müzakirə edilib. 

Sergio Perez Gunella: “Mərkəzin ədəbiyyatlararası mübadilələr sahəsində gördüyü işlərlə yaxından tanışam. Bu işlər xalqlar və mədəniyyətlər arasında qurulan mühüm humanitar-mədəni körpü əhəmiyyətini daşıyır. Səfirlik olaraq, bu işi yeni qarşılıqlı layihələrlə davam etdirmək niyyətindəyik və Mərkəzlə əməkdaşlıqdan hər zaman dərin məmnunluq duyuruq”. 

Görüşün sonunda qonağa, 90-cı illərdən başlayaraq, tərcümə edilmiş R.Arlt, X.L.Borxes, X.Korta­sar, S.Poleti, M.Puiq, E.Sabato, A.Yunke, A.Kasares kimi tanınmış Argentina yazıçı və şairlərinin əsərləri nəşr edilən “Xəzər” jurnalı hədiyyə edilib.

 





12.04.2019    çap et  çap et