525.Az

Astaranın bəzi kəndlərinin elektrik enerjisi ilə təchizatı üçün 1,5 milyon manat ayrıldı


 

Astaranın bəzi kəndlərinin elektrik enerjisi ilə təchizatı üçün 1,5 milyon manat ayrıldı <b style="color:red"></b>

Prezident İlham Əliyev Astara rayonunun Diqo, Dolu və Sekaşan kəndlərinin elektrik enerjisi ilə təchizatı haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Astara rayonunun Diqo, Dolu və Sekaşan kəndlərinin elektrik enerjisi ilə təchizatını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılıb.

Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

 





12.04.2019    çap et  çap et