525.Az

Ötən il Zukerberqin mühafizəsinə 20 milyon dollar xərclənib


 

Ötən il Zukerberqin mühafizəsinə 20 milyon dollar xərclənib<b style="color:red"></b>

“Facebook” şirkəti qurumun rəhbəri Mark Zukerberqin şəxsi mühafizəsi üçün 2018-ci ildə 20 milyon dollar vəsait xərcləyib.

ONA-nın verdiyi xəbərə görə, bu barədə “CNBC” telekanalı ABŞ Qiymətli kağızlar və birjalar üzrə federal Komissiyasına daxil olmuş sənədlər əsasında məlumat yayıb.

Sənəddə qeyd olunur ki, son iki il ərzində Zukerberqin və onun ailəsinin mühafizəsi üçün ayrılmış vəsait 4 dəfə artırılıb. Belə ki, 2016-cı ildə bu məqsədlə 5,1 milyon, 2017-ci ildə isə 9,1 milyon dollar xərclənib.

Qeyd olunur ki, M.Zukerberq il ərzində simvolik olaraq 1 dollar məvacib alır. Şirkət isə öz öhdəliklərinin qarşılığında ona külli miqdarda kompensasiya ödəyir. Məlumata görə, “Facebook” rəhbərinin şəxsi avianəqliyyatı üçün əlavə 2,6 milyon dollar ödənilib.

 





13.04.2019    çap et  çap et